Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyi qeyd edilib

  • 0
    paylaşım
  • 66

Bakı, Orxan Kərimov, İnteraz, 22 Noyabr 2017, 16:43

Bu gün Bakı Dövlət Universitetində dünya şöhrətli alim, “Şöhrət” və “Şərəf” ordenli Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin dekanı və kafedra müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov akademik Vasim Məmmədəliyevin bütün həyatının, fəaliyyətinin xalqımızın mənəviyyatının zənginləşməsinə xidmət etdiyini deyib. Bildirib ki, o, halal zəhməti, intellekti, zəkası, dərin düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli elm xadimidir. Böyük alim nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda da millətimizə həmişə başucalığı gətirir. Rektorun sözlərindən məlum olub ki, Vasim Məmmədəliyev İslam dininin, İslam dəyərlərinin təbliğində, geniş yayılmasında böyük xidmətlər göstərib, “Qurani-Kərimi”i doğma dilimizə tərcümə edib. Böyük alim dərs dediyi tələbələrə həmişə atalıq qayğısı göstərib, onların problemlərini həll etməyi ən mühüm vəzifə hesab edib.

DİQƏR FOTOLENTLƏR