Bakıda “Bakutel-2017" sərgisi keçirilir

  • 0
    paylaşım
  • 22

Bakı, Orxan Kərimov, İnteraz, 07 Dekabr 2017, 10:40

Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir – “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi keçirilir. Builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir.

DİQƏR FOTOLENTLƏR