Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib

  • 0
    paylaşım
  • 19

Bakı, Orxan Kərimov, İnteraz, 15 Dekabr 2017, 15:48

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib. Tədbir iştirakçıları öncə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra Azərbaycan gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış keçirilib, respublika gəncliyinin fəaliyyətini əks etdirən videokontentlər sərginin baş monitorunda yayımlanıb. Sərgini ziyarət edən tədbir iştirakçılarına AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri, eləcə də ali təhsil müəssisələri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdiyi innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib. Qurultayı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirib. Akademik Akif Əlizadə tədbirin əhəmiyyətindən danışaraq qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu Azərbaycan Respublikası Preziden­inin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səsləndirib. Sonda qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva səsləndirib.

DİQƏR FOTOLENTLƏR