“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” respublika müsabiqəsi başa çatıb

  • 0
    paylaşım
  • 56

Bakı, Orxan Kərimov, İnteraz, 18 Dekabr 2017, 17:27

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir. İl ərzində keçirilən müsabiqədə “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə ümumtəhsil məktəblərindən 2000-ə qədər IV-XI sinif şagirdi fərdi, kollektiv, siniflə və ya ailəvi olaraq iştirak ediblər. Gənc ekoloqlar milli sərvətimiz olan aqrobiomüxtəlifliyin qorunması və artırılması işinə öz töhfələrini veriblər.