Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub

  • 0
    paylaşım
  • 36

Bakı, Orxan Kərimov, İnteraz, 19 Dekabr 2017, 14:20

Dekabrın 19-da Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub. Təməlqoyma mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, digər rəsmi şəxslər, iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan ilə Həştərxan vilayəti arasında qədim ticari-iqtisadi və humanitar əlaqələr mövcuddur.