“Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib

  • 0
    paylaşım
  • 18

Bakı, Orxan Kərimov, İnteraz, 23 Dekabr 2017, 14:12

Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib. Konfransı açan Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov ənənəvi olaraq hər il keçirilən konfransın əhəmiyyəti barədə danışıb. Son illər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələrinin ölkəmizə yeni dividentlər gətirdiyini bildirən Baş nazirin müavini bu layihələrin xalqımızın rifah halının yaxşılaşmasına xidmət etdiyini diqqətə çatdırıb.