Memarlar İttifaqının XIX qurultayı keçirilib

  • 0
    paylaşım
  • 21

Bakı, Orxan Kərimov, İnteraz, 21 Dekabr 2017, 10:17

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayı keçirilib. Qurultay iştirakçıları əvvəlcə filarmoniyanın foyesində təşkil edilmiş "Azərbaycan memarlığı" sərgisi ilə tanış olublar. Qurultayda Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş bir qrup tanınmış memara mükafatlar təqdim olunub. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Memarlar İttifaqı ötən 5 ildə kifayət qədər böyük işlər görüb. İttifaqın təşəbbüsü ilə onlarla mühüm layihə reallaşdırılıb, müsabiqələr təşkil olunub.