Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb

  • 0
    paylaşım
  • 15

Bakı, Orxan Kərimov, İnteraz, 25 Dekabr 2017, 17:26

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər. Mərasimdə müxtəlif nominasiyalar üzrə 2017-ci ilin ən yaxşıları mükafatlandırılıb. Tədbirdə, həmçinin ilin ən yaxşı idman hakimləri, idman qurğuları, ən fəal idman veteranı, idman həkimi, ən yaxşı Uşaq Gənclər İdman Məktəbi, idman jurnalisti, media layihəsi, idman agentliyi, idman verilişlərinin təşkilatçısı nominasiyalarının qalibləri müəyyənləşib.

DİQƏR FOTOLENTLƏR