Bakıda daha bir yol sürücülərin istifadəsinə verilib

  • 0
    paylaşım
  • 15

Bakı, Orxan Kərimov, İnteraz, 07 Yanvar 2018, 09:58

Bakı Nəqliyyat Agentliyi və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi ilə birgə Binəqədi şosesində aparılan yenidənqurma işləri ilə əlaqədar sərnişindaşıma keyfiyyətinin və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlərini yekunlaşdırıb. İlkin mərhələdə yolla bağlı bir sıra təhlillər aparılıb, sərnişin tələbatı öyrənilib. Əldə edilən nəticəyə uyğun olaraq 13 avtobus dayanacaq məntəqəsi təşkil edilib ki, onlardan da 10-da yeni pavilyon quraşdırılıb.