Azad Rəhimovun təyin etdiyi direktor ictimaiyyətə təqdim edilib

  • 0
    paylaşım
  • 14

Bakı, Orxan Kərimov, İnteraz, 09 Yanvar 2018, 11:24

Gənclər və İdman naziri Azad Rəhimovun 29 dekabr, 2017-ci il tarixli əmri ilə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinə yeni direktor təyin edilib – bu, 2014-2017-ci illərdə Azərbaycan Velosiped İdmanı Federasiyasında PR meneceri vəzifəsini icra edən, "Gənc Velosipedçilər" İctimai Birliyinin təsisçisi Faiq Qurbanovdur. Azərbaycan Velosiped İdmanı Federasiyasının ofisində (Respublika Velotreki) yeni direktor kollektiv üzvlərinə təqdim edilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya və 2 qat dünya çempionu Fərid Mansurov, AzVİF-in baş katibi Fərhad Əliyev, həmçinin OEİUGVİM-in məşqçilər korpusunun üzvləri iştirak ediblər. Yeni direktoru təyinatı münasibətilə təbrik edən Fərid Mansurov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.