Dilin qorunması ilə bağlı bir çox məsələlərdə dəqiq meyarlar tapılmalıdır

  • 0
    paylaşım
  • 16

Bakı, Orxan Kərimov, İnteraz, 12 Yanvar 2018, 16:47

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması” mövzusunda dəyirmi masa keçirilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev hər hansı xalqın böyüklüyünün onun say tərkibindən yox, beynəlxalq nüfuzu, fəaliyyəti, təbliğ etdiyi dəyərlərdən asılı olduğunu bildirib. O, əlavə edib ki, bu baxımdan Azərbaycan xalqı böyük xalqdır. “Dil millət varlığının yeganə amilidir” -deyən A.Babayev dəyirmi masanın dilin saflığının qorunmasına həsr edildiyini qeyd edərək tədbirin siyasi, mənəvi-ictimai və tədris məsələlərinə xidmət etdiyini bildirib. Sonra çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dilin qorunmasının onun inkişafını şərtləndirdiyini bildirib və qorumaqla inkişafı bir-birini tamamlayan anlayışlar kimi xarakterizə edib. Onun sözlərinə görə, dilin qorunması ilə bağlı bir çox məsələlərdə dəqiq meyarlar tapılmalıdır.