Media nümayəndələri imtahanın gedişatını izləyiblər

  • 0
    paylaşım
  • 16

Bakı, Orxan Kərimov, İnteraz, 11 Yanvar 2018, 13:00

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur təşkil edilib. Mediaturda Universitetin rəhbərliyi, millət vəkilləri, ictimai təşkilatların nümayəndələri, ölkəmizin təhsil ekspertləri və KİV mənsubları iştirak edib. Tədbirdən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Mediaturun təşkilinin təhsilin keyfiyyətinin artırılması və neqativ hallarının aradan qaldırılması ilə bağlı olduğunu deyən rektor bildirib ki, eyni zamanda əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaqdır.