“PR və media dialoqu” mövzusunda “dəyirmi masa” keçirib

  • 0
    paylaşım
  • 18

Bakı, Orxan Kərimov, İnteraz, 26 Yanvar 2018, 16:42

Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyinin (APRA) birgə təşəbbüsü ilə “PR və media dialoqu” mövzusunda “dəyirmi masa” keçirilib. Toplantını giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq informasiyanın ilkin mənbəyi olan mətbuat xidmətləri, mətbuat katibləri, ictimaiyyətlə əlaqələrə məsul şəxslər ilə media arasındakı münasibətlərin səmərəli olmasının vacibliyini vurğulayıb. Azərbaycan qanunvericiliyində cəmiyyətin informasiya təminatı ilə əlaqədar xüsusi müddəaların yer aldığını vurğulayan Ə.Amaşov bildirib ki, mətbuat xidmətləri ilk növbədə bu tələbə həssas yanaşmalıdırlar.

Sonra Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin sədri İlham Məmmədov yeni təsis edilmiş təşkilatın məqsəd və gələcək planlarından danışıb. İ.Məmmədov bildirib ki, birliyin yaradılmasında əsas məqsəd ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahəsinin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır.

Tədbirdə iştırak edən digər çıxışçılar PR-ın rolundan danışaraq özəl və dövlət təşkilatlarını təmsil edən mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr təmsilçiləri və media arasında olan münasibətdən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıblar.