Şura 2017-ci ilin hesabatını verib

  • 0
    paylaşım
  • 23

Bakı, Orxan Kərimov, İnteraz, 27 Yanvar 2018, 15:09

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib. Toplantıda çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun hər il ictimaiyyət qarşısında geniş hesabatla çıxış etdiyini bildirib. Azay Quliyev deyib ki, Şura 10 ildir dövlətin QHT-lərə beş istiqamət üzrə dəstəyini həyata keçirir. Onlardan biri də maliyyələşdirmədir. Şura layihələri maliyyələşdirdiyi zaman subyektivliyə yol verilmir. Fəaliyyətimiz zamanı çalışırıq ki, QHT-lər onlara göstərilən xidmətdən məmnun olsunlar. Şurada 1672 nömrəli qaynar xətt də yaradılıb ki, QHT-lər operativ şəkildə şikayət və təkliflərini bizə bilsinlər və əgər hansısa boşluqlar mövcuddursa onlar aradan qaldırılsın. Şura sədri ötən il rəhbərlik etdiyi qurumun 494 QHT layihəsini maliyyələşdirdiyini bildirərək deyib: “QHT-lər bu layihələr çərçivəsində 31 adda kitab, 27 adda kitabça, 161 adda buklet, 130 adda digər çap materialları (posterlər, təqvimlər və s.) nəşr edib. Həmçinin 35 televiziya verilişi, 26 sosial çarx, 20 film və 16 sayt hazırlanıb”.