FIFA Dünya Çempionatının kuboku Azərbaycana gətirilib

  • 0
    paylaşım
  • 18

Bakı, Orxan Kərimov, İnteraz, 09 Fevral 2018, 16:03

Coca-Cola” tərəfindən təşkil edilən FIFA Dünya Çempionatının Kubokunun dünya turu çərçivəsində Kubok bu gün ilk dəfə olaraq Azərbaycana gətirilib. Futbol dünyasının ən ali mükafatı olan qızıl Kubokun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlıqda təşkil olunub. Kubokun Bakı səfəri paytaxta xüsusi təyyarə ilə “Coca-Cola” şirkəti və FIFA-nın nümayəndə heyəti, o cümlədən 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda sözügedən ali mükafatın qarşılanması ilə başlanıb. Kuboku həmçinin “Coca-Cola” və AFFA-nın Azərbaycanda birgə həyata keçirdiyi məktəbli turnirinin iştirakçıları da müşayiət ediblər. “Coca-Cola” tədəfindən təşkil olunan Kubokun Bakı səfəri çərçivəsində yerli KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib.