YAP Gənclər Birliyi Gəncləri Gününə həsr olunmuş tədbir keçirib

  • 0
    paylaşım
  • 9

Bakı, Orxan Kərimov, İnteraz, 02 Fevral 2018, 12:08

Fevralın 1-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci il ərzindəki fəaliyyətinin yekunlarına və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra YAP Gənclər Birliiynin ötən il ərzindəki fəaliyyəini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib. O bildirib ki, 2017-ci ili Azərbaycan uğurla başa vurub və 2018-ci ilə böyük ümidlərlə daxil olub. Əli Əhmədovun fikrincə, 2018-ci il Azərbaycanın həyatında, ölkəmizin inkişafında əhəmiyyətli dəyişikliklərin növbəti başlanğıc nöqtələrindən birinə çevriləcək. Tədbirdə YAP sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri təqdim olunub. Eləcə də, bir qrup fəal gəncə fəxri fərmanlar təqdim edilib.