“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib

  • 0
    paylaşım
  • 16

Bakı, Orxan Kərimov, İnteraz, 03 Fevral 2018, 09:14

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər günü münasibətilə “Gəncliyin səsi” festivalının açılışı keçirildi. Ənənəvi festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşir. Tədbir iştirakçıları ilk olaraq teatrın foyesində Azərbaycan Turizm və Menecment Universiteti tələblərinin, təhsil ocağının nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi şagirdlərinin və gənc tətbiqi-dekorativ və təsviri sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə iştirak edən 11 saylı İnteqrasiya təlimli məktəbin şagirdlərinin nümayiş etdirdikləri əl işləri xüsusi diqqətlə qarşılandı. Qeyd edirik ki, xalq tətbiqi-dekorativ və təsviri sənətin gənc ustaları sərginin təşkilində fəal iştiraklarına görə diplomlarla təltif edildilər.