Qara Qarayevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib

  • 0
    paylaşım
  • 16

Bakı, Orxan Kərimov, İnteraz, 06 Fevral 2018, 16:21

Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib. Dövlət və hökumət rəsmlərinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə Filarmoniyanın foyesində görkəmli bəstəkarın ömür yolundan bəhs edən fotosərgiyə baxıblar. Qeyd edilib ki, Qara Qarayevin “Üçüncü simfoniya”sı əsrlərin süzgəcindən keçib gəlmiş milli aşıq musiqisi məhz bəşəri musiqinin yiyələndiyi bədii-estetik vasitələrlə ifadə olunduğu üçün bu dərəcədə emosional təsir gücünə malikdir. Bir tərəfdən milli kolorit, o biri tərəfdən bəşəri dünyagörüşü – məhz bu vəhdət Üçüncü simfoniyanın timsalında böyük milli-bəşəri sənət əsəri yaradıb. Yubiley mərasimində Əməkdar İncəsənət Xadimi Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.