Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi açılıb

  • 0
    paylaşım
  • 18

Moskva, İqbal Rüstəmov, İnteraz, 07 Fevral 2018, 16:38

Fevralın 7-də Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin təşkilatçılığı ilə Dövlət Dumasının binasında Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərginin açılışı olub. Açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iştirak ediblər. Dövlət Dumasının sədri Vyaçeslav Volodin mərasimdə çıxış edərək Azərbaycanın tarixi, mədəniyyəti və bu günü ilə tanış olmağa imkan verən bu sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan və Rusiya xalqları İkinci Dünya müharibəsində faşizmə qarşı birgə mübarizə aparıblar, bu gün də bizim dostluğumuz möhkəmlənir və inkişaf edir. Bu cür tədbirlər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, mühüm aktual məsələlərin müzakirəsinə şərait yaradır. “Prezidentlərimiz İlham Əliyev və Vladimir Putin tərəfindən qəbul olunan qərarlar ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edir.