“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Konfrans keçirilib

  • 0
    paylaşım
  • 37

Bakı, Orxan Kərimov, İnteraz, 13 Fevral 2018, 14:44

Fevralın 13-də Vergilər Nazirliyi “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Konfrans keçirib. Konfransda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, beynəlxalq təşkilatların, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak ediblər. Konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, millət vəkili Vahid Əhmədov, UNEC-in rektoru Ədalət Muradov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının sədri Məmməd Musayev, "Deloitte" şirkətinin nümayəndəsi Nuran Kərimov, “BP-Azərbaycan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün vacib hesab etdikləri məsələlər barədə fikirlərini bölüşüb, dövlət başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, bu cür konfransların təşkili ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm addım hesab edilir.