Məşədi Dadaş məscidində Əyyami-Fatimiyyə günləri qeyd olunub

  • 0
    paylaşım
  • 21

Bakı, Orxan Kərimov, İnteraz, 21 Fevral 2018, 15:26

Hər il olduğu kimi bu ildə Bakının Məşədi Dadaş məscidində fevralın 18-i, 19-u və 20-si islam peyğəmbəri həzrət Məhəmmədin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) şəhadətinin ildönümü - (Əyyami-Fatimiyyə günləri) qeyd olunub. Tədbirlər Azərbaycan qiratə məktəbini beynəlxalq Quran müsabiqələrində layiqincə təmsil edən məşhur qari hacı Ruslan Qasımovun müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra məscidin imamı hacı Şahin Həsənli həzrət Fatimənin (s) yaşatdığı və uğrunda canından keçdiyi ümumbəşəri dəyərlər haqda geniş çıxış edib. Əzadarlıq məşhur Əhli-Beyt (ə) məddahı seyid Peyman Əsədovun növhə və mərsiyyələri ilə başa çatıb.