SABAH Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib

  • 0
    paylaşım
  • 35

Bakı, Orxan Kərimov, İnteraz, 15 Fevral 2018, 16:31

Təhsil Nazirliyində SABAH Karyera Akademiyası çərçivəsində SABAH Karyera Qış Məktəbi layihəsi iştirakçıları ilə görüş keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, akademiyanın rəsmi tərəfdaşları və KİV nümayəndələri iştirak edib. Layihə sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə akademiya haqqında məlumat verib. Daha sonra SABAH qruplarından bəhs edən video-çarx nümayiş olunub. İştirakçıları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından danışıb, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb.