“Xocalı faciəsinin 26-ci ildönümü”nə həsr edilmiş “And iç əsgər ” adlı tədbir keçirilib

  • 0
    paylaşım
  • 21

Bakı, Orxan Kərimov, İnteraz, 23 Fevral 2018, 16:08

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Mərkəzi Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinin 26-ci ildönümü”nə həsr edilmiş “And iç əsgər ” adlı tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavin Aygün Əliyeva, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsinin müstəntiqi, Ədliyyə Polkovnik leytenantı Vaqif İsmayılov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Professoru, Tarix elmləri doktoru, əməkdar müəllim Musa Quluzadə, Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı, Xocalı sakini Şəkibə Novruzova, BRİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, rayon ictimaiyyətinin nümayəndələri, ASAN Könüllülər iştirak etdilər. Tədbir faciə qurbanların xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanılıb. Tədbir iştirakçılarına Binəqədi Mərkəzi Mədəniyyət evinin “Poeziya dərnəyi”nin ifasında Mətanət Ulu Şirvanlının əsərinin motivləri əsasında hazırlanmış “And iç əsgər” kompozisiyası təqdim edilib.