Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini anır

  • 0
    paylaşım
  • 41

Bakı, Orxan Kərimov, İnteraz, 26 Fevral 2018, 14:39

Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 26 ili tamam olur. Fevralın 26-da bununla bağlı minlərlə insan Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunun ərazisində ucaldılmış abidəni ziyarət edib. Ziyarətdə iştirak edən insanların müsahibələrində bu faciənin səbəbkarı olanlara dərin nifrət hissi ilə yanaşı, həm də onların gec-tez öz layiqli cəzalarını alacaqlarına inam ifadə olunub. Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyan bu ziyarət bir daha sübut etdi ki, xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaqdır.