Moskvada Xanım Fatimənin (s.ə) mövludu qeyd olunub

  • 0
    paylaşım
  • 23

Moskva, İqbal Rüstəmov, İnteraz, 11 Mart 2018, 14:47

Moskvada dünya xanımlarına örnək olan, Peyğəmbər qızı, 11 imam anası xanım Fatimeyi-Zəhranın mövludu günü ilə bağlı silsilə tədbirlər keçirilib. Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Fatimə (s.ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatıb ki, atası Rəsulullah (s) onun haqqında buyurub: "Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir. Qurani-kərimin bir çox ayələrində, xüsusilə "Əhzab" surəsinin 33-cü ayəsində Peyğəmbər (s) ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu məsələyə Peyğəmbərdən (s) nəql edilən hədislərdə daha çox yer verilib.