Alpaqut turan döyüş sənəti üzrə Azərbaycan birinciliyi keçirilib

  • 0
    paylaşım
  • 23

Bakı, Orxan Kərimov, İnteraz, 12 Mart 2018, 16:33

Şağan İdman Olimpiya Kompleksində Alpaqut turan döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirilib. Baş tutan Alpaqut Turan döyüş növü üzrə IV Azərbaycan çempionatına Aypara, Batur, Caymaz və Qurşaq sistemi üzrə 300 alpaqutçu qatılıb. Öncə Alpaqut Turan Döyüş sistemləri üzrə IV Azərbaycan çempionatının rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycan Alpaqut Federasiyasının prezident əvəzi Qüdrət Nuriyev, Alpaqut Turan Döyüş Sistemlərinin qurucusu, “Kutsan” Vasif Namazov, Prezident Adminstrasiyasının, Gənclər və İdman Nazirliyinin, İdman Akademiyasının rəsmiləri, digər qonaqlar iştirak edib. Rəsmi hissədən sonra Alpaqut Turan Döyüş sənəti üzrə IV Azərbaycan birinciliyinə start verilib. Çempionatda Aypara sistemi üzrə komanda hesabı ilə birinci yeri Ağdam, ikinci yeri Suraxanı, üçüncü yeri Sabunçu, Caymaz sistemi üzrə birinci yeri Mingəçevir, ikinci yeri Ağcəbədi, üçüncü yeri Laçın, Batur sistemi üzrə isə birinci yeri "Dinamo" idman klubu, ikinci yeri Laçın, üçüncü yeri Şəmkir komandaları tutub. Çemponatın sonunda yarış qalibləri mükafatlandırılıb.