Aprel şəhidlərinə həsr olunan kitab təqdim edilib

  • 0
    paylaşım
  • 16

Bakı, Orxan Kərimov, İnteraz, 04 Aprel 2018, 14:51

UNEC-də “Qəhrəmanlarımız qan yaddaşımızdır” kitabının təqdimatı olub. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) hazırladığı kitab Aprel şəhidlərinin əziz xatirəsinə həsr edilib. UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova Aprel döyüşlərinin Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əsgər və zabitlərin döyüş bacarığını, ordunun peşəkarlığını nümayiş etdirdiyini diqqətə çatdırıb. Aprel döyüşlərində UNEC-in iki məzunu Tural Dadaşovla Mahir Mirzəyevin qəhrəmanlıqla şəhid olduğunu bildirən prorektor “Qəhrəmanlarımız qan yaddaşımızdır” kimi nəşrlərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. UNEC-in məzunları – Aprel şəhidləri Tural Dadaşovun anası Kəmalə Dadaşova, Mahir Mirzəyevin atası Sabir Mirzəyev övladları haqda xatirələrini bölüşüblər.