Bakıda təmizlik işləri aparanlara xüsusi geyim forması verilib

  • 0
    paylaşım
  • 9

Bakı, Orxan Kərimov, İnteraz, 05 Aprel 2018, 13:51

Suraxanı Rayon İcra Hakimiyyətində Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında paytaxtda təmizlik işləri aparan şəxslər üçün hazırlanan xüsusi geyim formasının təqdimatı olub. V.Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, yeni geyimlər Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında hazırlanıb: "Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün jilet formasında yeni geyimlər hazırlanıb. Bu gün həmin geyim formaları təmizlik işləri aparan 500 nəfərə paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin sayrışan işıqlar və işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub".