Aprel zəfəri: ötən hər gün üçün bir ağac əkildi

  • 0
    paylaşım
  • 23

Bakı, Orxan Kərimov, İnteraz, 06 Aprel 2018, 09:08

Təhsil və Müdafiə nazirlikləri 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə həsr olunmuş “Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” devizi altında Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə ağacəkmə kampaniyası keçirib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Görüşü giriş sözü ilə açan Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi olan aprel döyüşlərinin ikinci ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun artırılmasına töhfə verilməsi bu tədbirin əsas məramıdır. İştirakçılar hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Sonra hərbi hissənin ərazisində ayrılmış xüsusi məkanda Təhsil və Müdafiə nazirliklərinin birgə təşəbbüsü ilə aprel zəfərindən ötən hər gün üçün 730 ağac əkilib.