Allahşükür Paşazadə Fələstin Dövlətinin xarici işlər naziri ilə görüşüb

  • 0
    paylaşım
  • 31

Bakı, Orxan Kərimov, İnteraz, 07 Aprel 2018, 08:07

Azərbaycanda səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riad Malki bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Görüşdə Allahşükür Paşazadə Azərbaycan ilə Fələstin arasında əlaqələrin tarixi köklərə əsaslandığını, xalqlarımızın möhkəm dostuq münasibətlərinin olduğunu deyib. QMİ sədri Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğulayıb. İki ölkə arasında əlaqələrimizin bundan sonra daha da genişlənəcəyi ifadə olunub. Şeyxülislam qeyd edib ki, Azərbaycan Prezident hər zaman dünyada gedən siyasi proseslərə öz münasibətini bildirib. Qüds problemi də belə məsələlərdəndir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən QMİ sədri bu problemin həllində İslam ölkələrinin bir olmasının önəmini vurğulayıb.