“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

  • 0
    paylaşım
  • 17

Bakı, Orxan Kərimov, İnteraz, 19 Aprel 2018, 15:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda DQİDK-nın rəhbərliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı çıxış edərək bildirib ki, konfransın keçirilməsində məqsəd Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti haqqında ictimaiyyətə məlumat vermək, eyni zamanda, mənəvi dəyərlərimizin təbliği ilə bağlı müzakirələr aparmaqdır. Xalqımız özünəməxsus milli mənəvi dəyərlərə sahibdir, bu dəyərlərin qorunub saxlanılması vacib məsələlərdir biridir. Milli mənəvi dəyərlərin özündə böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirdiyini diqqətə çatdıran Mübariz Qurbanlı buraya azərbaycançılıq ideologiyası, dilimiz, dinimiz, vətənimiz, müstəqilliyimiz və bu kimi amillərin aid olduğunu deyib.