Akif Əlizadəyə ADNSU-nun fəxri professoru adı verilib

  • 0
    paylaşım
  • 19

Bakı, Orxan Kərimov, İnteraz, 25 Aprel 2018, 16:15

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub. Təqdimat mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik A.Əlizadənin həyat və fəaliyyətindən, elmin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Təhsil naziri Ceyhun Bayramov akademik A.Əlizadənin elmə verdiyi töhfələrdən bəhs edib. Akademik A.Əlizadə müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən, layihələrdən söz açıb. Sonra AMEA-nın prezidentinə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub.