Caspian Energy jurnalının Naxçıvana həsr olunmuş nömrəsinin təqdimat mərasimi keçirilib

  • 0
    paylaşım
  • 9

Bakı, Orxan Kərimov, İnteraz, 18 Aprel 2018, 09:30

Caspian EnergyInternational Media Group və CaspianEuropeanClub Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi ilə birlikdə Caspian Energy jurnalının Naxçıvan MR-in lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatını təşkil ediblər. Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycandakı diplomatik missiya rəhbərləri, həmçinin Caspian European Club-un idarə heyətinin və üzv şirkətlərinin nümayəndələri iştirak ediblər. Caspian European Club-un Sədrinin birini müavini və baş icraçı direktoru Telman Əliyev xatırladıb ki, sözügedən reytinqdə regionlar 18 parametr üzrə altı qrupa bölünüblər: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı. “Bu reytinqi biz bir neçə il ərzində Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üçün hazırlamışıq. Ötən ildən etibarən investisiya reytinqini Caspian Energy jurnalının yekun nömrəsində dərc edirik”, - deyə Telman Əliyev əlavə edib.