Formula 1 Azərbaycan Qran-Prisi start götürüb

  • 0
    paylaşım
  • 27

Bakı, Orxan Kərimov, İnteraz, 27 Aprel 2018, 10:30

Bakı üçüncü dəfə Formula 1 yarışlarına ev sahibliyi edir. Aprelin 27-29-da ölkəmizdə Formula 1 dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisi keçiriləcək. Bu gün sərbəst yürüşlər, ertəsi gün sıralanma turu, aprelin 29-da isə Azərbaycan Qran-Prisi təşkil olunacaq. Dənizkənarı Milli Park boyunca uzanan F1 azarkeşlərinin əyləncə zonasında aprelin 29-dək yarışı izləməyə gedəcək avtoidman həvəskarlarına bir-birindən maraqlı yeni əyləncələr təqdim olunacaq. Dənizkənarı Bulvarda yarış çərçivəsində baş tutacaq əyləncə tədbirləri aprelin 26-da başlayıb. Əyləncə tədbirləri aprelin 27-də və 28-də saat 10:00-dan 19:00-dək və aprelin 29-da saat 10:00-dan 14:00-dək keçiriləcək.