Formula-1 öncəsi pit-yolu gəzintisi təşkil olunub

  • 0
    paylaşım
  • 32

Bakı, Orxan Kərimov, İnteraz, 26 Aprel 2018, 15:48

Formula-1 Azərbaycan Qran-Prisi öncəsi dördgünlük bilet sahibləri üçün pit-yolu gəzintisi təşkil olunub. Avtoidman yarışlarının həvəskarları, paytaxt sakinləri və şəhərimizin qonaqları pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyiblər. Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar. Böyük coşqu ilə keçən pit-yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.