Hemilton Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub

  • 0
    paylaşım
  • 26

Bakı, Orxan Kərimov, İnteraz, 30 Aprel 2018, 08:30

"Mercedes" komandasının pilotu Lyuis Hemilton Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, Serxio Peres (“Force India”) üçüncü olub. Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.