Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək

  • 0
    paylaşım
  • 13

Bakı, Orxan Kərimov, İnteraz, 29 Aprel 2018, 10:20

Aprelin 29-da Formula 1 Azərbaycan Qran-Prisinin yekun yarışı keçiriləcək. Günə saat 13:10-da 21 dövrədən ibarət “Formula 2” yarışları ilə start veriləcək. Sonra əsas yarışda – Formula 1 Azərbaycan Qran-Prisində mübarizə aparacaq pilotların paradı və açılış mərasimi olacaq. Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra saat 16:10-da 51 dövrədən ibarət Qran-Pri başlayacaq.