Moskvada ulu öndərin xatirəsi yad edilib

  • 0
    paylaşım
  • 19

Bakı, İqbal Rüstəmov, İnteraz, 11 May 2018, 14:57

Moskvada Azərbaycanın Rusiyadakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbirdə tanınmış siyasi və ictimai xadimlər, mədəniyyət və incəsənət xadimləri, o cümlədən Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski, MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev, RF Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov, Dövlət Dumasının deputatı Yelena Drapeko, Rusiyanın Xalq Artisti, teleaparıcı Leonid Yakuboviç, Rusiyanın Əməkdar Rəssamı Nikas Safronov və başqaları iştirak edirdi.