“Xalq yaradıcılığı: qədim el sənətləri” festivalı keçirilir

  • 0
    paylaşım
  • 14

Bakı, Orxan Kərimov, İnteraz, 26 May 2018, 13:47

Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyası Mədəniyyət kanalı Xalq yaradıcılığı redaksiyası AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə “Xalq yaradıcılığı: qədim el sənətləri” festivalı keçirir. 2018-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixində imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Televiziyasının Mədəniyyət kanalının “Xalq yaradıcılığı” redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğunda 25-26 may 2018-ci il tarixində “Xalq yaradıcılığı: qədim el sənətləri” adlı festival təşkil etmişlər. Festivalda musiqi kollektivləri, əl işləri və kitab satış-sərgisi, zorxana tamaşası, milli geyimlərimiz, milli rəqslərimiz, aşıq havalarımız, xına qrupumuz, muğam üçlüyü, dulusçuluq, nalbəndlik, interaktiv oyunlar, ponilərdə gəzinti (uşaqlar üçün), xalça toxuma və bu kimi nümunələr sərgilənmişdir. Burada sərgilənən tarixi, arxeoloji, etnoqrafik materialların zənginliyi xarici və yerli turistlər, alimlər üçün də maraq doğurmaqdadır.