“Caspian Oil and Gas 2018” sərgisi fəaliyyətə başlayıb

  • 0
    paylaşım
  • 14

Bakı, Orxan Kərimov, İnteraz, 29 May 2018, 12:22

Mayın 29-da Bakı Ekspo Mərkəzində XXV yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2018” sərgi-konfransı, eləcə də VIII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2018” sərgisi fəaliyyətə başlayıb. Sərgilər mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin canlı yayımı ilə başlayıb. Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri olan “Caspian Oil and Gas” sərgi və konfransı 25 illik yubileyini qeyd edir. Sərgi əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirib. Belarus, İtaliya və Rusiya sərgidə milli qruplarla təmsil olunur. Sərginin tərkibi tədbir iştirakçılarının 20 faizini təşkil edən yeni şirkətlər sayəsində daha da genişlənib