"Hacı Cavad" məscidində 1-ci Qədr gecəsi keçirilib

  • 0
    paylaşım
  • 24

Bakı, Orxan Kərimov, İnteraz, 04 Iyun 2018, 11:13

Ramazan ayının ehtimal edilən birinci Qədr gecəsi Bakının "Hacı Cavad" məscidində böyük şövqlə qeyd olunub. Əvvəlcə camaatla birlikdə şam və xiftən namazları qılınıb. Məclis Qurani-kərimin oxunması ilə başlanıb. Məscidin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov geniş moizə edib, Qədr gecələrinin əhəmiyyətindən, bu gecənin fəziləti, nəql olunan hədislər barədə məlumat verib. Quranı baş üzərində tutmaqla Allahın, Peyğəmbərin (s) və imamların adlarına and verməklə günahların bağışlanması istənilib. “Kumeyl” duası oxunub. Sonda məscidə gələnlərə imsak verilib. Mərasim sübh namazının camaatla qılınması ilə başa çatıb.