Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri keçirilib

  • 0
    paylaşım
  • 12

Bakı, Orxan Kərimov, İnteraz, 02 Iyun 2018, 19:11

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Şağan qəsəbəsindəki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində xeyriyyə tədbiri keçiriblər. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova,1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsənin direktoru Sevinc Məlikova və YAP Sabunçu rayon təşkilatının sədriMehriban Abbasquliyeva çıxış edərək uşaqları bayram münasibətilə təbrik ediblər. Bildirilib ki, bu gün gələcəyimiz olan uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.