"Fatiməyi-Zəhra" məscidində ikinci qədr gecəsi keçirilib

  • 0
    paylaşım
  • 51

Bakı, Orxan Kərimov, İnteraz, 06 Iyun 2018, 10:25

Bakıda Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki "Fatiməyi-Zəhra" məscidində ehtimal edilən ikinci qədr gecəsi böyük izdihamla yadda qalıb. Yüzlərlə insanın toplaşdığı mərasimdə xütbə deyilib, dualar oxunub. Mərasimdə çıxış edənlər bildirib ki, Qədr gecəsi bir il üçün talehlərin yazıldığı, ilahi bərəkətin nazil olduğu gecədir. Onun fəziləti min ayın fəzilətindən artıqdır: "Bu gecədə ilahi mələklər haqqın layiq bəndəsinə nazil olar. Bu gecədə Allahın xüsusi mərhəmət qapıları hamı üçün açıqdır."