Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilib

  • 0
    paylaşım
  • 26

Bakı, Orxan Kərimov, İnteraz, 05 Iyun 2018, 14:42

Bakıda 4-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib. Əvvəlki illərdə olduğu kimi, bu biznes foruma da maraq böyük olub. İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300-dən çox, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən artıq iş adamı iştirak edib. Ümumilikdə biznes foruma 800-ə yaxın iştirakçı qatılıb.