Məşədi Dadaş məscidində üçüncü Qədr gecəsi keçirilib

  • 0
    paylaşım
  • 26

Bakı, Orxan Kərimov, İnteraz, 08 Iyun 2018, 10:46

İyunun 7-dən 8-nə keçən gecə müsəlmanlar ehtimal olunan Qədr gecələrindən sonuncusunu qeyd ediblər. Qeyd edək ki, Quranın nazil olduğu və müqəddəratın təyin edildiyi Qədr gecələrində ənənəvi olaraq müsəlmanlar əhya saxlayır, yəni axşamdan səhər azanına qədər oyaq qalırlar. Qədr gecəsinin mübarək Ramazan ayının 19-cu, 21-ci və ya 23-cü gecələrindən birii olduğu ehtimal olunduğu üçün hər üç gecə əhya saxlanılır, dualar edilir. Ölkəmizdəki digər məscidlərdə olduğu kimi, paytaxtın Məşədi Dadaş məscidində də məclis təşkil olunub. Öncəki iki əhya gecəsində olduğu kimi üçüncü tədbir də Bakı vaxtı ilə saat 22:30-da məscidin imamı, ilahiyyatçı hacı Şahin Həsənlinin xütbəsi ilə başlayıb. Daha sonra Qədr gecələrinə məxsus dualar və İmam Hüseynin (ə) ziyarətnaməsi oxunub. Tanınmış məddahı Seyid Taleh Əsədov isə Əhli-Beytin (ə) şəninə mədhiyyələr söyləyib. Fasilədən sonra məşhur Quran qarisi hacı Ruslan Qasımovun tilavəti ilə Allahın mübarək adlarının qeyd olunduğu Cövşən-Kəbir duası oxunub. Sonda xalqımızın rifahı, bayrağımızın ucalığı və şəhidlərimizin ruhu üçün dualar edilib. Sübh namazının qılınması ilə əhya başa çatıb.