Bakı məscidlərində Ramazan bayramı namazı qılınıb

  • 0
    paylaşım
  • 22

Bakı, Orxan Kərimov, İnteraz, 15 Iyun 2018, 10:58

Bu gün Bakı məscidlərində mömin müsəlmanlar Fitr bayramı namazını qılıblar. Ölkənin hər yerində olduğu kimi, paytaxt məscidlərində də səhər saat 9:00-dan sonra yüzlərlə şəhər sakini Bayram namazına yığışıb. Səf-səf düzülmüş möminlər pişnamaz arxasında Fitr bayramı namazını bütün şəri qaydalara uyğun şəkildə icra ediblər. Azərbaycan müsəlmanlarının vəhdət nümayişi kimi şiə və əhli-sünnə nümayəndələri birlikdə ibadət ediblər. İbadət mərasimində Quran ayələri, moizələr dinlənilib, dualar səsləndirilib.