“Məktəb seminarları”na start verilib

  • 0
    paylaşım
  • 15

Bakı, Orxan Kərimov, İnteraz, 20 Iyun 2018, 16:34

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunmuş “Məktəb seminarları”na start verilib. “Məktəb seminarları”nın ilk sessiyaları Nəsimi və Səbail rayonlarının ümumi təhsil məktəblərini əhatə edib. Sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.