Şuranın yubiley mərasimi keçirilib

  • 0
    paylaşım
  • 25

Bakı, Orxan Kərimov, İnteraz, 23 Iyun 2018, 10:14

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib. Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin qurucusu olduğunu bildirib. Azay Quliyev deyib ki, Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, QHT sektorunun xarici donordan asılılığınının minumuma endirilməsi prosesinin başlanğıcı olub.