Dəniz nəqliyyatı işçiləri peşə bayramlarını qeyd ediblər

  • 0
    paylaşım
  • 35

Bakı, Orxan Kərimov, İnteraz, 25 Iyun 2018, 14:59

zərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri bu il də peşə bayramını birgə qeyd etdilər. Azərbaycanın himni ilə başlayan mərasimdə “AXDG” QSC-nin sədri Rauf Vəliyev dənizçiləri peşə bayramı münasibəti ilə təbrik etdi. Daha sonra son beş illik fəaliyyətlə bağlı hesabat verən Ruaf Vəliyev bu müddətdə aparılan islahatlardan, görülən işlərdən danışdı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində 2017-ci ilin yekunlarına görə, “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı bosman”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərə diplomlar verildi.