Xidmətdə fərqlənən yol polisləri mükafatlandırılıb

  • 0
    paylaşım
  • 23

Bakı, Orxan Kərimov, İnteraz, 01 Iyul 2018, 09:05

Azərbaycan polisinin 100 illiyi və 2 İyul - Polis Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda Yaxt klubda bayram tədbiri keçirilib. Tədbiri “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı açaraq Azərbaycan polisinin keçdiyi şərəfli yol barədə danışıb, bütün polis əməkdaşlarını təbrik edib. Sonra çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edib: "Polis vəzifəsi şərəfli bir işdir. Azərbaycan polisi ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında böyük xidmətləri var". Millət vəkilləri Flora Qasımova və Şahin İsmayılov vurğulayıblar ki, respublika və paytaxt yollarında, küçə və prospektlərdə rahat və təhlükəsiz hərəkətin mümkün olması üçün yol polisinin xidmətləri əvəzsizdir. Dövlət Yol Polisi (DYP) əməkdaşlarının cəmiyyətin bu istəyini yaxşı anlayaraq öz vəzifələrini icra etməsi isə polislə cəmiyyət arasında qarşılıqlı inam və etibarı daha da möhkəmləndirir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev öz çıxışında bütün polis əməkdaşlarını təbrik edib.